Pakistanda kanat kabellərindən birinin qopması nəticəsində 6-sı uşaq olmaqla 8 nəfər 274 metr hündürlükdə qalıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadosə Battaqram şəhərində qeydə alınıb.
Milli Fəlakət İdarəetmə Agentliyinin (NDMA) yaydığı açıqlamaya görə. bölgəyə ordu helikopteri göndərilib.
Hadisə şahidi Zəfər İkbal bildirib ki, bu bölgədə 150 uşaq kanatla məktəbə gedib-gəlir. Kanatın 2 kabeli havada qopub.
Pakistanın müvəqqəti baş naziri Anwaarul Hak Kakar hadisəni narahatedici adlandırıb.
"Səlahiyyətlilərə bu cür şəxsi kanat yollarının istismarı və ya istifadəsinin təhlükəsiz olub-olmaması ilə bağlı yoxlamaları aparmağı tapşırmışam" deyə Anwaarul Hak Kakar qeyd edib.
Ay Tac














