• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tramp və oğlunu güllələməklə hədələyən qadın həbs edilib

DÜNYA

22 Avqust 2023 | 15:25 | Müəllif: Subhan Mahmudov

Tramp və oğlunu güllələməklə hədələyən qadın həbs edilib

Çikaqolu qadın ABŞ-ın sabiq prezidenti Donald Tramp və oğlu Barronu güllələyəcəyi ilə bağlı elektron poçtla hədə dolu məktublar göndərməkdə ittiham olunaraq həbs edilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Associated Press" məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyinin bəyanatına görə, 41 yaşlı Treysi Mari Fiorensa may ayında elektron poçtla məktub göndərərək ilk fürsətdə "Tramp və oğlunu güllələməklə" hədələyib. Qadın iyun ayında da daha bir oxşar təhdid məktubu göndərib.

Ədliyyə Nazirliyinin əməkdaşları iyunun 14-də şübhəlini dindiriblər. Nəticədə onlar materialları baxılmaq üçün Florida Əyalət Məhkəməsinə göndəriblər. T.M.Fiorensa məhkəmədə ifadə vermək üçün hakim qarşısına çıxarılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026