• Bakı 25° C

    12.7 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Rusiya ordusu Poltavanı bombalayıb, ölənlər və yaralılar var

DÜNYA

21 Iyun 2026 | 11:44

Rusiya ordusu Poltavanı bombalayıb, ölənlər və yaralılar var

Rusiya qoşunlarının Ukraynanın Poltava bölgəsinə hava hücumu nəticəsində iki nəfər həlak olub, 13 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri Vitali Dyakovniç özünün Telegram kanalında məlumat verib.

"Dünən düşmən Poltava rayonuna hücum edib, iki müəssisəyə zərbə endirilib. Yaralananların sayı 13-ə çatıb, onlardan altısı uşaqdır. Təəssüf ki, dağıntılar altından bir cəsəd tapılıb. Daha bir nəfər xəstəxanada ölüb", - deyə o yazıb.

Onun sözlərinə görə, hücum nəticəsində biznes binalarına, avtomobillərə və yaxınlıqdakı yaşayış binalarına ziyan dəyib, həmçinin elektrik kəsintisi yaranıb:

"Energetiklər elektrik təchizatını bərpa etmək üçün çalışırlar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026