• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Rusiya Ukrayna ilə danışıqları bərpa etmək üçün şərtini açıqladı

DÜNYA

23 May 2022 | 14:25

Rusiya Ukrayna ilə danışıqları bərpa etmək üçün şərtini açıqladı

Kiyev konstruktiv yanaşma nümayiş etdirən və Rusiyanın təkliflərinə cavab verən kimi, Moskva Ukrayna ilə danışıqlara qayıtmağa hazır olacaq.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Ukrayna konstruktiv mövqe nümayiş etdirən və ona verilən təkliflərə ən azı reaksiya verən kimi, biz danışıqlara qayıtmağa hazır olacağıq", - deyə rusiyalı diplomat vurğulayıb.

Rudenko Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyakın Kiyevin Moskva ilə yeni ərazi reallıqlarının tanınmasını nəzərdə tutan istənilən razılaşmanı istisna etdiyini bildirən bəyanatını da şərh edib. Diplomat qeyd edib ki, Moskva Kiyev hakimiyyətinin rəsmi reaksiyasını rəhbər tutur.

 


SON XƏBƏRLƏR