İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat zonasında Türkiyə Silahlı Qüvvələrinin çavuşu Sercan Baş terrorçuların açdığı atəş nəticəsində şəhid olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.
















