• Bakı 25° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Şekspirin kitabı 2,5 milyon dollara satıldı

DÜNYA

21 Iyul 2022 | 22:21

Şekspirin kitabı 2,5 milyon dollara satıldı

Uilyam Şekspirin pyeslərinin ilk dəfə toplu şəkildə nəşr olunduğu "İlk Folio" kitabı Sothebys hərrac evində  mühüm kolleksiyaçı tərəfindən satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, kitab bu gün 2 milyon 470 min dollara alınıb.

1623-cü ildə nəşr olunan bu kitab ingilis ədəbiyyatının ən mühüm kitabı və ingilis dilində iki ən böyük kitabdan biri hesab olunur.

Digər tərəfdən, Müstəqillik Bəyannaməsinin Massaçusets ştatının rəsmi nəşrinin əvvəllər qeydə alınmamış nüsxəsi, hərraca çıxarılan digər qiymətli sənədlərlə yanaşı, rekord qiymətə 2 milyon 228 min dollara satılıb. ABŞ Konstitusiyasının və Hüquqlar Billinin Virciniya ştatı tərəfindən ratifikasiya edildiyini göstərən 1788-ci il tarixli qiymətli sənəd Şekspirin kitabının qiymətini keçərək 3 milyon 75 min dollara satılıb.

Bildirilib ki, təsdiq şəhadətnaməsindən dünyada 3 ədəd var.

Hərracda satışa çıxarılan digər qiymətli kitablar və sənədlər arasında Çarlz Darvinin məşhur “Növlərin mənşəyi” kitabının 1859-cu il nəşri və Ceyn Ostenin “Qürur və qərəz” kitabının 1813-cü il nəşri də var idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026