Türkiyənin Balıkəsir əyalətinin Bandırma rayonu ərazisi sahilində, Mərmərə dənizində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Çanaqqalada və İstanbulun bir neçə rayonunda da hiss olunub, əhali təşvişə düşərək evləri tərk edib.
















