• Bakı 26° C

    9.25 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Rusiya və Çin Arktikaya nəzarəti gücləndirir - Xəbərdarlıq

DÜNYA

09 Avqust 2025 | 22:41

Rusiya və Çin Arktikaya nəzarəti gücləndirir - Xəbərdarlıq

Bəzi qiymətləndirmələrə görə, Arktikada dünyanın istifadə olunmamış faydalı qazıntı ehtiyatlarının 22%-dək hissəsi mövcuddur. Bunu nəzərə alan Rusiya bu bölgədə hərbi mövcudluğunu miqyaslı şəkildə artırmağa başlayıb. Eyni zamanda Çin də Arktikada öz mövcudluğunu sürətlə genişləndirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Foks Nyus” nəşri yazıb.

Nəşr qeyd edir ki, bu baxımdan ABŞ geri qalır və şimal cinahını təhlükəli vəziyyətdə qoyur.

“Əgər Çin və Rusiya Arktikada, onun dəniz yolları və təbii sərvətlərində üstünlük qazana bilsələr, biz ölkə olaraq xeyli azadlığımızı itirəcəyik”, - nəşr ABŞ dövlət xadimi Henri Kleyin sözlərini sitat gətirib.

Nəşr vurğulayır ki, ABŞ artıq Çin gəmiqayırmasından və strateji əhəmiyyətli minerallar sənayesindən asılı vəziyyətdədir, Arktika uğrunda beynəlxalq mübarizə isə Çinə dünya mineral ehtiyatlarının daha böyük bir hissəsinə nəzarəti ələ keçirmək imkanı açıb./axar.az


SON XƏBƏRLƏR

09 Avqust 2025