İspaniyanın İsraillə diplomatik böhranı çərçivəsində Tel-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Bakıvaxtı.az İspaniyanın rəsmi xəbər agentliyi EFE-yə istinadən xəbər verir ki, xarici işlər naziri Xose Manuel Albares ölkəsinə qarşı böhtan xarakterli ittihamlar və hökumətin iki üzvünə qarşı qəbuledilməz tədbirlərlə əlaqədar bu addımı atıb.
Qeyd edək ki, İspaniya baş nazirinin müavini, əmək və sosial iqtisadiyyat naziri Yolanda Diaz və gənclər naziri Sira Reqoya qarşı ölkəyə giriş qadağası tətbiq edib.
Xatırladaq ki, İspaniya 2024-cü ilin mayında Fələstin dövlətini rəsmən tanıdıqdan sonra İsrail Madriddəki səfirini geri çağırmışdı.