• Bakı 22° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Estoniya Rusiyaya NOTA VERDİ

DÜNYA

08 Sentyabr 2025 | 20:44

Estoniya Rusiyaya NOTA VERDİ

Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ona Rusiya helikopterinin ölkənin hava məkanını pozması ilə bağlı rəsmi nota təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilib ki, sentyabrın 7-də Rusiyaya məxsus Mi-8 helikopteri Vaindloo adası yaxınlığında icazəsiz Estoniya hava məkanına daxil olub və təxminən 4 dəqiqə orada qalıb.
Xarici işlər naziri Marqus Çakxnının sözlərinə görə, bu, daha bir ciddi və təəssüf doğuran hadisədir. Onun sözlərinə görə, bu, cari ildə il üçüncü pozuntudur.


SON XƏBƏRLƏR

08 Sentyabr 2025