ABŞ Prezidenti Donald Tramp Şimali Karolinada 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayanın qətlini dəhşətli hadisə adlandırıb və məsələni araşdıracağına söz verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Dəhşət... Videonu gördüm. Sabah səhərə qədər hər şeyi biləcəyəm", - Amerika lideri bildirib.
Qeyd edək ki, avqustun 22-də amerikalı DeKarlos Braun yüksək sürətli tramvayda ukraynalı İrina Zarutskayaya bıçaqla hücum edib. Qız aldığı xəsarətlərdən yerindəcə keçinib, təqsirləndirilən şəxs isə qaçıb. Cinayətdə iki həftə sonra CCTV görüntüləri yayıb.