İsrailin Livanın şərqindəki Bekaa vadisi bölgəsinə endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb.
Bakıvaxtı.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Azı 5 nəfər ölüb, 5 nəfər isə yaralanıb", - nazirliyin bəyanatında deyilir.
Qeyd olunur ki, İsrail sübut təqdim etmədən və noyabr ayında qüvvəyə minən atəşkəs razılaşmasını nəzərə almadan "Hizbullah"a aid olduğunu güman etdiyi hədəfləri vurur.