• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyada qanunsuz işləyən miqrantlar ölkədən deportasiya oluna bilər

DÜNYA

28 Dekabr 2021 | 23:06 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyada qanunsuz işləyən miqrantlar ölkədən deportasiya oluna bilər

Gələn il yanvarın 1-dən etibarən Rusiyadakı əcnəbilər qanunsuz əmək fəaliyyətinə görə ölkədən çıxarıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əcnəbiləri qanunsuz işlə təmin edən işəgötürənlər 800 min rubladək cərimə olunacaq.

Dekabrın 31-də Rusiya Prezidentinin koronavirus pandemiyası ilə əlaqədar tətbiq etdiyi və əcnəbilərə hüquqi statusunu ölkədən çıxmadan həll etmək imkanı verən qaydanın müddəti başa çatır.

DİN Rusiyada işləmək hüququ olmayan əcnəbiləri dekabrın 31-dək daxili işlər orqanlarına müraciət etməyə çağırır. İşəgötürənlər əcnəbilərlə əmək müqaviləsini rəsmiləşdirib Rusiya DİN-in ərazi orqanlarına müraciət etməlidirlər./AZƏRTAC/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026