• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Alimlərdən Honkonq qripi epidemiyası barədə XƏBƏRDARLIQ

DÜNYA

27 Yanvar 2022 | 19:06 | Müəllif: Subhan Mahmudov

Alimlərdən Honkonq qripi epidemiyası barədə XƏBƏRDARLIQ

ABŞ alimləri yeni epidemiya riski barədə xəbərdarlıq edib.

Bu dəfə qrip virusunun H3N2 ştamının dominant olduğu bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, qripin bu variantı ÜST-ün qrip əleyhinə vaksin tərkibinə daxil olmayıb.

Lakin Rusiya Səhiyyə Nazirliyi bildirib ki, indi dövriyyədə olan ştam vaksinli virusların genetik qrupuna aiddir və çox kəskin fərqlənmir.

Bu virus hələ ötən ildən ABŞ, Hindistan, Sinqaput, İsveç, eləcə də Rusiyada dövr edir.

Honkonq qripinin yayılmış variantı indi dominant qriplə eyni genetik qrupdandır. Ona görə digər qriplərdən xüsusi təhlükəsi ilə seçilmir.(medicina.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026