• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İran dövlət televiziyasına kiberhücum

DÜNYA

27 Yanvar 2022 | 21:30 | Müəllif: Subhan Mahmudov

İran dövlət televiziyasına kiberhücum

İranın dövlət televiziyasına kiberhücum edilib.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, edilən kiberhücum nəticəsində televiziyanın yayımı zamanı bir neçə saniyə ərzində ekranda terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının liderlərini tərifləyən məzmunlu video yayımlanıb.

Belə ki, İran Radio və Televiziya Qurumunun (İRİB) 1-ci kanalında ekranda qəfildən Xalq Mücahidləri Təşkilatının (HMÖ) liderləri Məryəm və Məsud Recevinin şəkli peyda olub.

Ekranda bir neçə saniyə qalan görüntüdə “Receviyə salam” və “Xameneiyə ölüm” kimi şüarlar yer alıb.

Bundan başqa, “Kuran TV” və “Pəyam” və “Cevan” radiostansiyalarına da hücum edilib.

"Bir neçə dəqiqə əvvəl naməlum şəxslər və ya qruplar Radio və Televiziya Korporasiyasının bəzi kanallarına hücum edib", - İRİB-in açıqlamasında deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026