Türk Hava Yolları (THY) İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı tutduğu vəzifədən istefa verib.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Aycının yerinə İnvestisiya və Texnologiya üzrə Baş Direktor Köməkçisi Ahmet Bolat gəlib.
Məlumata görə, THY İdarə Heyətinin sədri İlker Aycı yanvarın əvvəlində yanacağın bahalaşmasından sonra başlayan etirazlar səbəbilə Qazaxıstanda qalıb. Həyat yoldaşı ilə yük təyyarəsində Türkiyəyə qayıdan Aycının komanda yoldaşlarını orada qoyması tənqidlərə səbəb olub.
















