• Bakı 22° C

    12.5 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisində uyğunsuzluq aşkarlanıb

CƏMİYYƏT

17 Iyun 2025 | 16:32

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisində uyğunsuzluq aşkarlanıb

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, "Frozen Products" MMC-nin Rusiyadan idxal etdiyi “Куриное Царство” müəssisəsinin istehsalı olan (30.03.2025 - 26.09.2025 istehsal və son istifadə tarixli) 1.3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında parazitoloji müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq (sarkosporidiumlar) aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.


SON XƏBƏRLƏR

25 Sentyabr 2025