• Bakı 29° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

CƏMİYYƏT

16 Iyul 2025 | 12:35

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Bakıvaxtı.az-ın Milli Hidrometeorologiya xidmətinə istinadən məlumatına görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-32° isti olacaq.


SON XƏBƏRLƏR