• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Sabirabadda ferma yandı

HADİSƏ

27 Avqust 2022 | 09:15 | Müəllif: Subhan Mahmudov

Sabirabadda ferma yandı

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, rayonun Kovlar kəndində ferma ərazisində ümumi sahəsi 2500 m² olan dəmir konstruksiyalardan ibarət talvarın qamışdan ibarət tavanı 1640 m² sahədə və altına yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026