• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Sabirabadda yabanı halda bitən çətənə bitkiləri məhv edilib

HADİSƏ

16 Avqust 2025 | 09:06

Sabirabadda yabanı halda bitən çətənə bitkiləri məhv edilib

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Cavad kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ümumi çəkisi 2 ton 250 kiloqram olan 2635 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.


SON XƏBƏRLƏR

15 Avqust 2025