• Bakı C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Sabirabadda yeni yerüstü piyada keçidinin inşası yekunlaşdı

CƏMİYYƏT

25 Dekabr 2024 | 09:38

Sabirabadda yeni yerüstü piyada keçidinin inşası yekunlaşdı

Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib.

Bakıvaxtı.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

İki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır.

Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri görülüb.


SON XƏBƏRLƏR