• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

24 Yanvar 2025 | 09:23

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 24-ü saat 9:00-a olan məlumatına əsasən hava şəraiti ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı olub.

Belə ki düşən yağıntının miqdarı Şamaxıda 4, Qobustan, Altıağac, İsmayıllıda 3, Şəki, Oğuz, Şahbuz, Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Qəbələdə 2 mm-dir.

Göyçay, Yevlax, Lerik, Şəmkir, Oğuz, Şamaxı, Qax, Şəki, Qobustanda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026