• Bakı 12° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Sahibə Qafarova: Qanunvericilik təşəbbüslərinə elmi əsas verilməlidir

SİYASƏT

08 Dekabr 2025 | 11:17

Sahibə Qafarova: Qanunvericilik təşəbbüslərinə elmi əsas verilməlidir

"Gələcək dil siyasətində strateji istiqamətləri müəyyən etmək vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda Milli Məclisin sədri Sahibə Qafarova açılış nitqində deyib.

Onun sözlərinə görə, təhsildə müasir metod və texnologiyaların istifadəsi, dilimizin dünyada nüfuzunun artırılması, rəqəmsal platformalarda tam tətbiqi, süni intellektdə dilimizdən istifadə səviyyəsinin yüksəldilməsi vacib amildir.

"Sözügedən istiqamətlər xüsusi əhəmiyyət daşıyır. Yeni ideyalar formalaşdırılmalı, qanunvericilik təşəbbüslərinə elmi əsas verilməlidir. Konfrans iştirakçılara təcrübə üçün geniş imkanlar yaradır", - Sahibə Qafarova qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Dekabr 2025