• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Sahil Babayev Oğuzda vətəndaş qəbulu keçirib

CƏMİYYƏT

29 Noyabr 2024 | 16:43

Sahil Babayev Oğuzda vətəndaş qəbulu keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Oğuz rayonunda Oğuz və Qəbələ rayonlarının sakinlərini qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

    Bildirilib ki, qəbuldan əvvəl S.Babayev və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

    Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil və avtomobil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

    Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

    Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.


    SON XƏBƏRLƏR

    26 Dekabr 2024