AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1996-cı il təvəllüdlü Ramin Ağayevlə Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, onun nəşi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində R.Ağayevin doğmaları, rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
16:01
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1996-cı il təvəllüdlü Ramin Ağayevin nəşi Sumqayıt şəhərinə gətirilib.
Bakıvaxtı.az xəbər verir ki, qəzada həlak olan R.Ağayevin nəşi ailəsinə təhvil verilib.
Hazırda onunla vida mərasimi keçirilir.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.