• Bakı 23° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Şahzadə Keyt: Mübarizə aparmaq çox çətindir

DÜNYA

10 Sentyabr 2024 | 12:12

Şahzadə Keyt: Mübarizə aparmaq çox çətindir

Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middleton xərçəng xəstəliyi ilə mübarizə apardığını açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, o, kimyaterapiya müalicəsinin yekunlaşdığını bildirib.

Uels şahzadəsinin yayımladığı üç dəqiqəlik videoda diaqnozdan sonrakı dövrün özü və ailəsi üçün inanılmaz dərəcədə çətin olduğunu qeyd edib.

 42 yaşlı şahzadə deyib ki, xərçəng diaqnozu ona həyatın bir anda necə dəyişə biləcəyini göstərib:

“Tam sağalmaq üçün uzun yolum var, günü-gündən yaşamağa daha çox həvəslənirəm. Baş verən hər şeyi həyata ümidlərimi və mübarizə əzmimi artırır”.

Əli Hüseynov

 

 


SON XƏBƏRLƏR

07 Oktyabr 2024