• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Saxta vaksin sertifikatı satan şəbəkə zərərsizləşdirildi - Fransada

DÜNYA

14 Fevral 2022 | 01:01 | Müəllif: Qalib İbrahimoğlu

Saxta vaksin sertifikatı satan şəbəkə zərərsizləşdirildi - Fransada

Fransa polisinin bir neçə şəhərdə keçirdiyi əməliyyatda saxta vaksin sertifikatı satan şəbəkəni zərərsizləşdirib.

Bakıvaxtı.az-ın məlumatına görə, apa “Figaro”ya istinadla xəbər verir ki, əməliyyatlar Parisdə və Ron-Alp departamentində keçirilib. 5 nəfərlik şəbəkənin ay ərzində 4 mindən çox saxta vaksin sertifikatı satdığı məlum olub. Şəbəkə üzvləri müştərilərini sosial şəbəkədə elan verərək tapıblar. Saxta sənədlərin hazırlanması üçün həkimlərin hesablarına müdaxilə olunub, məlumat bazasına qanunsuz giriş əldə edilib.

Əməliyyat zamanı həmçinin çox sayda bahalı saat, kompüterlər və lüks avtomobillər müsadirə olunub.

Saxlanan şəxslərdən ikisi barədə həbs qətimkan tədbiri seçilib, digərləri isə iltizam alınaraq sərbəst buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026