• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Üç ölkənin baş nazirləri Kiyevdə görüşdü

DÜNYA

16 Mart 2022 | 00:33 | Müəllif: Qalib İbrahimoğlu

Üç ölkənin baş nazirləri Kiyevdə görüşdü

Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevdə görüşüblər.

Bakıvaxtı.az xəbər verir ki, Ukraynanın paytaxtında Polşanın hakim “Hüquq və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski də gəlib.

Polşa hökumətinin başçısı Mateuş Moravetski öz “Twitter” səhifəsində görüşün fotosunu nümayiş etdirib.

“Məhz burada, müharibənin tüğyan etdiyi Kiyevdə tarix yazılır. Məhz burada azadlıq zülm dünyası ilə mübarizə aparır. Məhz burada bizim hər birimizin gələcəyi nizamnlanır. Aİ Ukraynanı dəstəkləyir. Bu ölkə dostlarının köməyinə arxayın ola bilər. Bu, bizim bu gün Kiyevə çatdırdığımız mesajdır”, - o yazıb.

Qeyd edək ki, nümayəndə heyətinə Polşanın baş naziri Mateuş Moravetski, baş nazirin müavini Yaroslav Kaçinski, Çexiyanın baş naziri Petr Fiala və Sloveniyanın baş naziri Yanez Yanşa daxildir./oxu.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026