• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Özləri də öləcək" - Zelenskidən Moskvaya cavab

DÜNYA

14 Aprel 2022 | 21:39 | Müəllif: Subhan Mahmudov

"Özləri də öləcək" - Zelenskidən Moskvaya cavab

"Ölkənin şərqi Silahlı Qüvvələrimiz üçün ən mürəkkəb situsiya kəsb edir. Lakin məhz burada ən güclü hərbi hissələrimiz var".

Bakıvaxtı.az bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski BBC News-a müsahibəsində belə deyib. Onun sözlərinə görə, Ukrayna müqaviməti davam etdirəcək: "Onlar bizi məhv edə bilərlər, lakin biz cavab verəcəyik. Onlar bizi öldürə bilərlər, amma özləri də öləcək".

V.Zelenskinin sözlərinə görə, Mariupol şəhərində on minlərlə ukraynalının qətlə yetirildiyi istisna deyil.

"Bu on minlərlə həlak olmuş insanlarla yanaşı, minlərlə insanın itkin düşməsi barədə də informasiyalarımız var. Bilirik ki, onların sənədlərini dəyişiblər, onlara Rusiya pasportu veriblər və Rusiyanın iç bölgələrinə aparıblar. Kimini filtrasiya düşərgələrinə, kimini başqa şəhərlərə. Bu insanların başına nələr gəlir, kimsə bilmir. Nə qədər insan qətlə yetirilib, kimsə bilmir", - V.Zelenski deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026