• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

İranda dərin dəyişikliklər baş verir -AÇIQLAMA

DÜNYA

14 May 2022 | 18:59

İranda dərin dəyişikliklər baş verir -AÇIQLAMA

Fransada dərc edilən "Fiqaro" qəzetinin uzun illər İranda baş verən prosesləri izləyən müxbiri Corc Malbruno hesab edir ki, islam cümhuriyyəti daxilində "təmizləmə" siyasətinin yeni mərhələsi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, jurnalistin fikrincə, burada əsas məqsəd "yadları" (qeyri-inqilabçıları) sıxışdırıb aradan çıxarmaq və bütün gücü SEPAH-ın əlində cəmləşdirməkdir. Bu, nüvə danışıqlarının taleyinin Ukrayna müharibəsi ilə bağlı olduğu bir vaxtda baş verir.

Corc Malbruno iki ayrı mövzuda İranın daxili proseslərini və onun Moskva ilə əlaqələrini araşdırıb. O, "Tehran müşahidəçiləri"nin müşahidə və açıqlamalarına əsaslanaraq belə qənaətə gəlib ki, rejim islahatçılara və qeyri-inqilabçılara yaxın olan bütün ünsürləri aradan qaldırmaq, SEPAH və ona yaxın qüvvələrin gücünü və üstünlüyünü artırmaq üçün yeni təmizləmə siyasəti ilə məşğuldur.

"Tehranlı müşahidəçi" iqtisadi və maliyyə dairələrində bir növ "təmizləmə"nin başladığını bildirib.(axar.az)


SON XƏBƏRLƏR