• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Dünyada dəniz üzərində inşa edilən cəmi 5 hava limanı var" - Ərdoğan

DÜNYA

14 May 2022 | 20:47

Dünyada dəniz üzərində inşa edilən cəmi 5 hava limanı var - Ərdoğan

Xalqa xidmət siyasətimizin son nümunəsi olan bu hava limanımız adi bir layihə deyil. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, dünyada dəniz üzərində inşa edilən cəmi beş hava limanı var.

"Bunların açılışını etdiyimiz Rize-Artvinlə birlikdə ikisi ölkəmizdədir. Beləliklə, ölkəmizdəki hava limanlarının sayını 26-dan 58-ə çatdırdıq".

Prezident Rəcəb Tayyib Ərdoğan ötən illərdə Türkiyənin əsaslı və kompleks inkişaf yolu keçdiyini vurğulayıb. Dövlət başçısı iqtisadiyyatın hərtərəfli inkişaf etdiyini, o cümlədən nəqliyyat sahəsinin köklü inkişafı üçün silsilə layihələrin reallaşdırıldığını bildirib. Bu baxımdan istismara verilən yeni Rize-Artvin Hava Limanının da mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.


SON XƏBƏRLƏR