• Bakı 20° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Moskva” kreyseri batıb - Rusiya MN

DÜNYA

15 Aprel 2022 | 00:22 | Müəllif: Subhan Mahmudov

“Moskva” kreyseri batıb - Rusiya MN

Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyseri batıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğındam gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.

Qeyd edək ki, daha əvvəl Rusiya MN kreyserin ekipajının ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edildiyini xəbər verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026