Portuqaliyanın Alqarve bölgəsində rusiyalı oliqarx Roman Abramoviçin 10 milyon avro dəyərində evinə həbs qoyulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Publiko" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukraynada hərbi əməliyyatların başlamasına 15 gün qalmış Abramoviçin investisiya holdinqinə məxsus “Millhouse Views” MMC bu əmlakı satmağa cəhd edib, lakin Portuqaliyanın “Caixa Geral de Depósitos” dövlət bank korporasiyası bu barədə polisə məlumat verib.
Portuqaliya Xarici İşlər Nazirliyinin tələbi ilə martın 25-dən əmlakın qeydiyyatı dondurulub.
















