• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Özbəkistan ilə Qırğızıstan arasındakı sərhəddə tunel aşkarlanıb - VİDEO

DÜNYA

13 Iyun 2022 | 23:11 | Müəllif: Subhan Mahmudov

Özbəkistan ilə Qırğızıstan arasındakı sərhəddə tunel aşkarlanıb - VİDEO

Qırğızıstanın Oş vilayətinin Kara-Suu şəhərində Qırğızıstan-Özbəkistan sərhədinin hər iki tərəfində iki evi birləşdirən və qaçaqmalçılar tərəfindən istifadə edilən tunel aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, istintaqın məlumatına görə, ev sahibi 2014-cü ildə Özbəkistan vətəndaşı ilə tanış olub. 2021-ci ilin sentyabrında onlar iki dövləti birləşdirən tunel qazaraq, oradan mal və valyuta daşıyıblar.

Saxlanılan şəxs günahını etiraf edib və istintaqla əməkdaşlığa hazır olduğunu bildirib.

Hazırda araşdırma aparılır.

Qeyd olunur ki, bu, bir ay ərzində Kara-Suu rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilən üçüncü yeraltı tuneldir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR