• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Bizə meydan oxunub, qəbul edirik" - Lavrov

DÜNYA

14 May 2022 | 22:17

Bizə meydan oxunub, qəbul edirik - Lavrov

Rusiyaya qarşı Qərbin elan etdiyi total hibrid müharibənin nəticələrini istisnasız olaraq hamı hiss edəcək.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov deyib.

Xarici və müdafiə siyasət şurasında çıxış edən Sergey Lavrov Qərbin onlara qarşı total müharibə etdiyini söyləyib:

“Kollektiv Qərbin bizə elan etdiyi bu savaşın nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir, lakin istisnasız olaraq hamı bunun nəticəsini öz üzərində hiss edəcək”.

XİN başçısı birbaşa toqquşmadan qaçmaq üçün hər şeyi etdiklərini qeyd edib: "Lakin bir halda ki, meydan oxunub, onu qəbul edirik".

Rusiya rəsmisi sanksiyalara yad olmadıqlarını, onların bu və ya digər formada onsuz da həmişə Rusiyaya tətbiq edildiyini sözlərinə əlavə edib.

Sergey Lavrov sadəcə Qərbdə “mağara təfəkkürlü rusofob əhval-ruhiyyədən təəccübləndiklərini” dilə gətirib.


SON XƏBƏRLƏR

19 Aprel 2024