Böyük Britaniya “Yandeks” şirkətinin rəhbəri Tiqran Xudaverdiyana sanksiya tətbiq edib.
Bakıvaxtı.az-ın “Ria Novosti”yə istinadla xəbərinə görə, Xudaverdiyanla yanaşı jurnalistlər Artyom Şeynin və Armen Qasparyanın da Britaniyaya girişi qadağan edilib.
Onların Birləşmiş Krallıqdakı aktivləri də dondurulub.
















