"Belarus hərbçiləri Ukraynadakı əməliyyatlarda iştirak etmir. Onların orada heç bir işi yoxdur və ora çağırılmayıblar".
Bakıvaxtı.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Aleksandr Lukaşenko Belarusun Ukraynadakı əməliyyatda iştirak etməmə səbəbini açıqlayarkən deyib.
"Mən bir daha vurğulamaq istəyirəm, biz Rusiyanın Ukraynada keçirdiyi bu əməliyyata qarışmaq fikrində deyilik”, - deyə Lukaşenko əlavə edib.
“Düşünün, biz orada Rusiyaya nə əlavə edə bilərik? Şəxsi heyətə gəlincə, onların öz hərbçiləri yetərincədir. Biz Rusiyaya silah baxımından nəsə əlavə edə bilərikmi? Yox, biz bunların hamısını Rusiya Federasiyasından alırıq. Onlarda hər şey var, hətta daha yaxşıdır" deyən Belarus Prezidenti ölkəsinin hərbçilərinin orada görəcəyi işinin olmadığını vurğulayıb. "Biz oraya çağıran yoxdur”, - deyə Lukaşenko bildirib.
Nuranə Daxilqızı
















