ABŞ prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar yardımı nəzərdə tutan büdcə layihəsini imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.
Ukraynaya 13,6 milyard dollar məbləğində yardım təklifi ABŞ Konqresinin Nümayəndələr Palatasında dəstəklənib.
Bu məbləğin 6,5 milyard dolları Pentaqona Ukraynaya hərbi yardım üçün ayrılacaq oxu.az). Qalan vəsaitlər digər idarələrə - Ukraynaya humanitar və iqtisadi yardıma yönəldiləcək.
















