Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Fizuli Salahovun anası vəfat edib.
Bakıvaxtı.azxəbər verir ki, Sevda Salahova yaşadığı Şabran rayonunun Gəndov kəndində dünyasını dəyişib.
Qeyd edək ki, Fizuli Salahov 28 aprel 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində anadan olub. O, 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı təqdim edilib. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Fizuli Salahov 13 dekabr 2017-ci il tarixində cəbhənin Füzuli istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Fizuli Salahov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra 2-ci dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Bakı 



