• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Şəhid qızı məktəb direktoru təyin olundu

CƏMİYYƏT

01 Fevral 2022 | 13:11 | Müəllif: Subhan Mahmudov

Şəhid qızı məktəb direktoru təyin olundu

Qubadlı şəhər B.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəhminə Mehdiyeva Bəhmən qızı həmin məktəbə direktor vəzifəsinə təyin olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, R.Mehdiyeva direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 45 bal toplayaraq müsahibə mərhələsində uğur qazanıb.

Onun babası Mehdi Mehdiyev 1989-cu ildə ermənilər tərəfindən faciəli şəkildə qətlə yetirilib.

R.Mehdiyevanın atası - Qubadlı rayon 2 nömrəli tam orta məktəbin tarix müəllimi Bəhmən Mehdiyev I Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 26-da Ballıqaya ərazisində şəhid olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR