• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Son 6 ayda COVID-19-dan ana ölümü olmayıb - SN

CƏMİYYƏT

03 Mart 2022 | 12:37 | Müəllif: Qalib İbrahimoğlu

Son 6 ayda COVID-19-dan ana ölümü olmayıb - SN

“Dünya praktikasında hamiləlik və südvermə dövründə, hətta hamiləlik planlaşdıran qadınlara peyvənd tövsiyə edilmir. Lakin geniş yayılmış epidemiya və pandemiyalar dövründə virusla mübarizə aparmaq məqsədilə istisnasız olaraq, kütləvi peyvəndlənmə aparılır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova deyib.

Onun sözlərinə görə, virusun yeni növlərinin virulentliyi artdığı və virus tamalilə aradan qalxmadığı halda, o zaman hamilə qadınlar da kütləvi peyvənləşməyə cəlb oluna bilərlər.

S.Qədimova bildirib ki, bəzi istisnalar olmaqla bütün südverən anaların körpələrini ana südü ilə qidalanmasının vacibliyini elmi tədqiqatlarla təsdiqlənib: “Hətta aktiv koronavirusa yoluxan hamilə qadınların dünyaya gətirdiyi körpələr də ana südü ilə qidalanmalıdır. Çünki bu cür infeksiyalar əsasən südlə yox, qanla anadan dölə keçir. İnsanın İmmunçatışmazlığı Virusu (İİV), kavernoz vərəm (açıq vərəm) istisna olmaqla bütün qadınlar süd verməlidir”.

Ölkədə koronavirusa yoluxan qadınların müalicəsinin təşkilindən danışan S.Qədimovanın sözlərinə görə, COVID-19 pandemiyasının ilk günlərindən etibarən virusa yoluxan hamilə qadınlara respublikamızın 2 böyük klinikası - Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xidmət göstərir: “Sevindirici haldır ki, son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb.
COVID-19-a yoluxması təsdiqlənən bütün hamilə qadınların qeyd olunan klinikalara göndərilir. Ona görə də statistika respublika üzrə hesab olunur”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026