• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Sabah hava necə olacaq? - PROQNOZ

CƏMİYYƏT

03 Mart 2022 | 13:01 | Müəllif: Qalib İbrahimoğlu

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026