• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır

CƏMİYYƏT

16 Sentyabr 2022 | 15:49

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında qanun layihəsinin birinci oxunuşu ilə bağlı məlumat verən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb.

Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR