"Biz virusları müalicə belə etmirik".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov nazirliyin “İnstagram” səhifəsində canlı yayımda deyib.
Ekspert bidirib ki, bir virusun tapılması çox baha başa gəlir. Əlavə olaraq, virus üçün olan dərmanlar da çox bahadır: “Bir söz var, virusu müalicə edəndə bir həftəyə sağalır, etməyəndə 7 günə. Ağır və qorxulu xəstəliklər yaranarsa, o zaman dərman verilir”.
Onun sözlərinə görə, yalnız öskürək, ağrı və s. simptomlar varsa, o simptomlar üçün müalicə olunur.
T.Əyyubod qeyd edib ki, uşaqların yoluxduğu virusları dərmanlarla müalicə etməyə ehtiyac yoxdur: “Azərbaycanda valideynlərin öskürəyə qarşı böyük panikası var. Əgər öskürək uşağın hərəkətinə mane olmursa, panikaya düşməyə ehtiyac yoxdur. Avropa və digər ölkələrdə 3-4 həftəyə qədər olan öskürək müalicə olunmur. Azərbaycanda isə dərman yazmadıqda valideyn pis baxır. Əksər hallarda, öz özünə keçib gedir".
Aytac Aslan







jpg-1701428070.webp)








