• Bakı 26° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qanunsuz yolla ölkəyə “iPhone” telefonlar gətirilib

CƏMİYYƏT

01 Dekabr 2023 | 14:38

Qanunsuz yolla ölkəyə “iPhone” telefonlar gətirilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar və tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Gömrük Komitəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, idarənin əməliyyat şöbəsinə “Chevrolet” markalı avtomobilin sürücüsünün Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərdən mobil telefonlar və tütün məmulatlarını hava limanının avtodayanacağında təhvil alacağı barədə məlumat daxil olub.

    Həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və sözügedən şəxs sərnişinlərdən mobil telefonları alıb avtomobilə yığarkən saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 ədəd “iPhone” markalı mobil telefon və 3 qutu tütün məmulatı aşkar edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Sentyabr 2026