• Bakı 16° C

    2.11 m/s

Şəmkirdə dağlıq ərazidə yanğın başlayıb

CƏMİYYƏT

14 Avqust 2021 | 00:10 | Müəllif: Subhan Mahmudov

Şəmkirdə dağlıq ərazidə yanğın başlayıb

Şəmkir rayonu, Tatarlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 1 ha sahədə kol-kos yanır.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026