• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

"Tədris ilinə tam hazırıq" - Emin Əmrullayev

CƏMİYYƏT

12 Sentyabr 2021 | 22:12 | Müəllif: Subhan Mahmudov

"Tədris ilinə tam hazırıq" - Emin Əmrullayev

"Uzun müddətdən sonra ənənəvi tədrisə başlayırıq. Tədris ilinə tam hazırıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

"Bu şəraitdə başlamaq kifayət qədər məsuliyyətdir. Ümid edirik ki, tədrisi arasıkəsilmədən başa çatdıracağıq", - deyə nazir bildirib.

Nazir xatırladıb ki, yeni tədris ilinin şərtləndirən əsas amillərdən biri tədris işçilərinin vaksinasiya məsələsi idi: "Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər vaksin olunacaqlar.

Peyvəndəmə başlanan ilk vaxtlarda nəinki müəllimlər, eləcə də bir çox vətəndaş ehtiyat edib qorxurdu. Lakin zamanla hər kəsə başa düşdü ki, pandemiyadan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. İctimai yerdə çalışmaq o deməkdir ki, sağlamlığımıza önəm verməliyik.

Şagirdlərə məktəbdə dərs demək müəllimlərin işidir. Peyvənd olunmayıb prosesi ləngitmək doğru deyil. Odur ki, heç bir əks-göstərişi olmayan hər kəs peyvənd olunmalıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026