• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Təəssüflər olsun ki, saxta COVİD pasportu alanlar var" - Nazir müavini

CƏMİYYƏT

12 Oktyabr 2021 | 16:14 | Müəllif: Subhan Mahmudov

"Təəssüflər olsun ki, saxta COVİD pasportu alanlar var" - Nazir müavini

Təəssüflər olsun ki, saxta COVİD pasportu alanlar var və tibb işçiləri arasında da bunu edənlər mövcuddur.

Bakıvaxtı.az məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, tibb işçilərini də bu işə vadar edən insanlarımızdır: “Deməli, biz işimizi ikitərəfli aparmalıyıq. Həm tibb işçilərinin məsuliyyətini artırmalıyıq ki, bu yola getməsinlər, eyni zamanda, əhalidən də xahiş edək ki, bu yola əl atmasınlar. Hər bir vətəndaşın sağlamlığı naminə bu işlə mübarizə aparmalıyıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026