• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Şəmkirdə ikimərtəbəli ev yandı

HADİSƏ

11 Oktyabr 2023 | 19:07 | Müəllif: Subhan Mahmudov

Şəmkirdə ikimərtəbəli ev yandı

Şəmkir rayonunun Kür qəsəbəsində yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 55 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları 25 kvadratmetr sahədə, bitişik sahəsi 50 kvadratmetr olan talvarın taxta atmaları və ümumi sahəsi 280 kvadratmetr (hər mərtəbəsi 140 kvadratmetr) olan ikimərtəbəli 8 otaqlı evin 3 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

Yüksək temperaturdan evin 2 ədəd qapısı və 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Evin, köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026