Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Bakıvaxtı.az bildirir ki, hadisə "Baksol" yolunda qeydə alınıb.
Ərazidəki restoranın qarşısında 1990-cı il təvəllüdlü Orxan Abdulməcid oğlu Babayev tanışı ilə əlbəyaxa dava edən zaman bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır./apa
















